Erməni Silahlı Qüvvələrinin atəşkəsi yenidən pozması nəticəsində Tərtərdə baş verən dağıntıların miqyası daha da genişlənib. Bu haqda Modern.az saytına məlumat verən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.
O, qeyd edib ki, baş verən atışmalarda 20 kənd işıqsız qalıb:
“Dünən baş verən atışmada ilkin olaraq 58 evə ziyan dəyib. 11 yaşayış məntəqəsi dağıdılıb. Bunlardan 1-i şəhər, 10-u kənddir. 2 məktəb və 1 mağazaya mərmi, qrad düşüb. İsmayılbəyli yarımstansiyası, şəhər xətləri, işıq xətləri dağılıb. 20 kənddə işıq olmayıb”.
İcra başçısı hazırda rayonda sabitlik olduğunu qeyd edib.
Gülşən RAUFQIZI