
“Hazırda təmas xəttində vəziyyət stabildir, silahlı qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”. Bu sözləri Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb:
“Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub”.
V.Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Gülşən RAUFQIZI