Modern.az

3 azərbaycanlını güllələyən şəxslərə hökm oxundu

3 azərbaycanlını güllələyən şəxslərə hökm oxundu

Təhsil

28 Aprel 2016, 10:42

Rusiyanın Murmansk vilayətində 3 azərbaycanlının qətlində şübhəli bilinən şəxslərin məhkəmə prosesi yekunlaşıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətdə iştirak edən Aleksandr Valiyev 15 il, Həbib Nuriyev isə 22 il müddətinə azadlqıdan məhrum edilib.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

İstintaq materiallarına əsasən, 2013-cü ilin dekbarında qanunsuz yolla silah əldə edən Valuyev və Nuriyev Murmanskın Xibinsk bazarında bizneslə məşğul olan azərbaycanlılar Sədi Əzizov, mühafizəçisi Nəriman Axundov və Sədi Əzizovun qohumu Həbib Kərimovu qətlə yetirmişdilər.

Ölən hər 3 şəxsin Murmanskdakı azərbaycanlı diasporunun fəalları olduğu və şəhərin mərkəzindəki “Karina” ticarət mərkəzi və “Əqrəba” restoranının sahibi olduqları bildirilir.


Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?