Modern.az

Moskvadakı “göyərti kralı” iki azərbaycanlı “qanuni oğru”nun qurbanı oldu

Moskvadakı “göyərti kralı” iki azərbaycanlı “qanuni oğru”nun qurbanı oldu

Təhsil

28 Aprel 2016, 11:28

“Moskva piştaxtalarında satılan hər dəstə soğan, şüyüd və digər göyərtilər faktiki olaraq Canpolad vasitəsilə gətirilirdi”.

Modern.az
Rusiya KİV-nə istinadən bildirir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Həmin mənbənin sözlərinə görə, Canpolad faktiki olaraq “göyərti kralı” idi və demək olar pərakəndə və topdansatış ticarətinə nəzarət edirdi.

Rusiya mediasına açıqlama verən mənbə deyib ki, Canpolad Şamiloğlu son zamanlar “qanuni oğru” Vaqif Süleymanovla bağlı olub. O, hazırda göyərti topdansatış bazarına görə “qanuni oğru” Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevlə müharibə aparır. Bu müharibənin qurbanı Şamiloğlu olub. 46 yaşlı azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 17-nə keçən gecə öldürülüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?