Modern.az

Fransalı deputat Horadizə gəldi - FOTOLAR

Fransalı deputat Horadizə gəldi - FOTOLAR

28 Aprel 2016, 11:44


Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer Azərbaycanın Horadiz şəhərinə səfərə gəlib. Səfərdə məqsəd Fransanın Altkirch şəhəri ilə Füzuli rayonunun Horadiz şəhəri arasında növbəti dostluq və əməkdaşlıq xartiyası imzalamaqdır.

Füzuli rayonunun girişində Jean-Luc Reitzerin  şərəfinə xüsusi rəsmi qarşılanma mərasimi təşkil edilib. Fransalı qonaqları rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun digər rəsmi şəxsləri qarşılayıblar. Milli musiqi sədaları altında milli geyimli qızlar Jean-Luc Reitzerə gül-çiçək dəstələri təqdim ediblər.

Fransalı deputat Heydər Əliyev Mərkəzində, Füzuli Dram Teatrının binasında, Şahmat Məktəbində, Qəhrəmanlar Parkında və Bayraq Meydanında olub, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbə və uşaq bağçasına, o cümlədən Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib,

Sonra Alı Alıyev və Jean-Luc Reitzer Horadiz şəhərində Altkrich küçəsinin açılış mərasimində iştirak ediblər. Horadiz şəhərində işğal dövrü yandırılmış, dağıdılmış, yenidən bərpa olunmuş mərkəzi küçələrindən birinə Altkirch adının verilməsi münasibətilə lövhənin açılışı olub. Fransalı deputat Horadiz şəhərində Altkirch küçəsinin açılmasından qurur duyduğunu, Altkirch şəhərində də analoji addımın atılacağını Füzuli küçəsinin açılacağını qeyd edib.

Rayon İcra Hakimiyyətində Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer ilə rayon ictimaiyyətinin görüşü təşkil olunub.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alkıyev Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafında göstərdiyi səylər, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada tolerantlığa, o cümlədən Fransada mədəni irsin qorunmasına və bərpasına verdiyi töhfələr barədə danışıb.

Alı Alıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu o, cümlədən Füzuli rayonu da daxil olmaqla 7 rayon Ermənistan tərəfindən işğal olunub.1994-cü ildə Horadiz şəhəri də daxil olmaqla rayonun 22 yaşayış məntəqəsinin işğaldan azad olunduğunu diqqətə çatdıran Alı Alıyev işğaldan azad olunduqdan sonra Horadiz və digər kəndlərdə infrastruktur obyektlərtinin bərpa olunduğunu, məcburi köçkünlərin öz torpaqlarına qayıtdıqlarını qeyd edib.

Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən qeyri-qanuni işğalından bəhs edib.

Jean-Luc Reitzer səmimi qarşılanmaya və yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Fransalı deputat meri olduğu Altkirch şəhərinin Horadiz şəhəri ilə eyni taleyi yaşadığını, müxtəlif vaxtlarda almanlar tərəfindən işğal olunduğunu vurğulayıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Altkirch şəhərinin meri Jean-Luc Reitzer iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.

İmzalanma mərasimindən sonra Alı Alıyev və Jean-Luc Reitzer bildiriblər ki, bu vacib sənəd imzalanan günündən etibarən Altkirch və Horadiz dost və qardaş şəhərlər elan olunurlar və bütün sahələrdə sıx əməkdaşlıq edərək, dostluq və qardaşlıq əlaqələrini getdikcə daha da gücləndirəcəklər.

Sonra Horadiz şəhərində Muğam Mərkəzində Jean-Luc Reitzerin şərəfinə konsert proqramı təşkil olunub.

Səfərin sonunda Jean-Luc Reitzerin şərəfinə ziyafət təşkil olunub.













Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?