Modern.az

Rusiyada azərbaycanlı müğənniyə cinayət işi açıldı

Rusiyada azərbaycanlı müğənniyə cinayət işi açıldı

Təhsil

28 Aprel 2016, 12:50


Rusiyanın Krasnodar diyarındakı Armavir şəhər məhkəməsi Azərbaycan əsilli müğənni Elbrus Canmirzəyev haqda cinayət işi açıb.

Modern.az saytı Rusiya KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı müğənni Cinayət Məcəlləsinin 264.3-cü maddəsi ilə (yol hərəkəti qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmaq) məsliyyətə cəlb olunub.

Belə ki, 2015-ci ilin dekabrında Canmirzəyev sürücülük vəsiqəsinin olmadığı halda, “Lexsus” markalı avtomobillə “Skaniya” markalı yük maşınına çırpılmışdı.

Qəza nəticəsimndə müğəninin maşınında olan prodüseri 34 yaşlı Kamran Əmirov ölmüşdü.

Elbrus Canmirzəey 1991-ci ildə Azərbaycanın Qax rayonunda andan olub. O, daha çox 2014-cü ilin əvvəllərində Youtube-da yerləşdirilmiş “Brodyaqa” (“Avara”) mahnısı ilə populyarlıq qazanmışdı.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?