Modern.az

Nazirlikdən cəbhə bölgəsindəki məktəblərin dağıdılmasıı barədə AÇIQLAMA

Nazirlikdən cəbhə bölgəsindəki məktəblərin dağıdılmasıı barədə AÇIQLAMA

Təhsil

28 Aprel 2016, 13:06

Ermənistan ordusu cəbhə xəttinə yaxın ərazilərdəki təhsil müəssisələrini də atəşə tutur.

Təhsil Nazirliyindən Modern.az-ın müvafiq sorğusuna cavab olaraq bildirilib ki, aprelin 27-dən 28-ə keçən gecə cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində bir sıra təhsil müəssisələrinə də ciddi zərər dəyib.

Ümumilikdə, işğalçı Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub.

Təhsil Nazirliyi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?