Modern.az

ABŞ-la Azərbaycanın növbəti ƏMƏKDAŞLIĞI

ABŞ-la Azərbaycanın növbəti  ƏMƏKDAŞLIĞI

Təhsil

28 Aprel 2016, 14:20


Bu gün, Quba rayonunun Aşağı Atuc kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kənd məktəbində istilik sisteminin təkmilləşdirilməsi layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəliblər.

Amerikanın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, bu layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.  

1990-cı ildə inşa edilmiş Aşağı Atuc kənd məktəbi köhnə istilik vasitələrindən - elektrik və odun sobalarından - istifadə edirdi ki, bu da uşaqları zəhərli tüstü və yanğın təhlükəsi altına qoyurdu. Bu, şagirdlərin səhhətinə, dərs zamanı onların diqqətinə və qış aylarında dərsə davamiyyətə mənfi təsir göstərirdi.  

EWMI/SEDA layihəsinin dəstəyilə, icma yerli və regional hökumət qurumları ilə birgə işlədi və ayrıca qazanxana tikərək və 37 radiator quraşdıraraq 340 şagirdi və 40 müəllimi təhlükəsiz və isti tədris mühiti ilə təmin etdi.

Bu günə kimi, EWMI/SEDA layihəsi Azərbaycanın 61 icmasında 94,000-dən çox insana fayda verərək 69 layihənin maliyyələşdirilməsinə 1,400,000 ABŞ dollarından artıq vəsait xərcləyib. EWMI/SEDA icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə  iştirakını təşviq  edir.  

Bu layihə USAID tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə, habelə ÜMİD yerli qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilir.  

Modern.az  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?