Modern.az

Uran satmaq istəyən 5 gürcü yaxalandı

Uran satmaq istəyən 5 gürcü yaxalandı

28 Aprel 2016, 15:20

Gürcüstanın Kabuleti şəhərində radioaktiv uran satmağı planlaşdıran 5 nəfər saxlanılıb.

  Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları həmin uranı 3 milyon dollara satmağı planlaşdırırdı.   Müəyyən olunub ki, müsadirə edilən uranın çəkisi 1,625 kiloqram olub.   Onun tərkibində uran-238 və uran-235 radiokativ izotopları olub.   Həbs olunan şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.   Bu ilin aprelində 6 nəfər, o cümlədən 3 Ermənistan vətəndaşı Tbilisidə uran satmaq istəyərkən tutulmuşdu.       Vüqar İsmayılov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?