Modern.az

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə təhsil almaq  istəyənlərin NƏZƏRİNƏ

28 Aprel 2016, 17:59

 

30 Aprel, 2016-cı il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ –da təhsil sərgisi keçiriləcək.  

Bu barədə Amerikanın Azərbaycandakı səfirliyindən Modern.az-a məlumat verilib.   Sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsətdir.  

Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biləcəklər. Tədbir saat 12:00-də başlayacaq və saat 15:00-ə qədər davam edəcəkdir.  

Sərgidə 20-dən çox ABŞ universitetləri və müxtəlif təqaüd proqramları  təmsil  olunacaqdır. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışacaq və onları materiallarla və bukletlərlə təmin edəcəklər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?