
Rusiyanın hüquq-mühafizə orqanları nüfuzlu iş adamı Canpolad Şamiloğlunun sifarişli qətlinin səbəblərini müyyənləşdiriblər. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Moskvanın faktiki göyərti təminatına nəzarət edən Canpolad Şamiloğlu “qanuni oğru”ların artıq bir çox adamın axırına çıxan topdansatış bazarı uğrunda müharibəsinin qurbanı olub. Bu dəfə azərbaycanlı “qanuni oğrular” Rövşən Canıyev və Vaqif Süleymanov qarşı-qarşıya gəliblər.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, Şamiloğluna yazın əvvəllərində gerçəkləşdirilən sui-qəsd birinci dəfə baş verməyib. Əvvəllər killer atəş açsa da, gülləsi qurbanına tuş gəlməyib. Bu dəfə cinayətkarlar çox ciddi hazırlaşıblar.
Martın 16-da Canpolad Slavyanski bulvarındakı evinə yeraltı avtomobil dayanacağı ilə gedib. Buradan onun mənzilinə gedən lift həmin gecə işləməyib. Əməliyyatçılar şübhələnirlər ki, killerlər qəsdən lifti sıradan çıxarıblar. Şamiloğlu bu səbəbdən küçəyə qayıdıb buradan getməli olub. Həmin an cinayətkar ona tərəf qaçaraq tapançadan atəş açıb. Canpolat aldığı yaralardan ölüb.
Xəfiyyələr aşkar ediblər ki, Şamiloğlu göyərti tədarükü üzrə əsas rollardan birini oynayıb. O, iri topdansatış məntəqələrindən aldığı göyərtiləri sonra çoxlu “Qazel”lərlə pərakəndə satıcılara çatdırıblar. Çünki Şamiloğlu “qanuni oğru”larla əlaqəli olduğundan o, bazarlara, mağazalara, restoranlara göyərti çatdırılmasında inhisarçı sayılıb. Moskvada demək olar satılan hər dəstə göyərti Canpolad vasitəsilə piştaxtalara çıxıb. Mənbə iddia edir ki, məhz bu biznes nəticədə onun üçün ölüm gətirib.

Məlumatda qeyd edilir ki, Moskva regionundakı böyük göyərti bazarları “qanuni oğru” Rövşən Canıyevlə Levan Canqveladzenin (kriminal avtoritet Merab Canqveladzenin qardaşı) nəzarətində olub. Onların meydançası talanlar baş verən Pokrovski bazası ərazisində idi, sonra paytaxtın Şimal dairəsi ərazisinə, oradan da Skolkovonun yaxınlığına yerləşiblər. Ən son anda o Varşava şossesi rayonunda məskunlaşmışdılar. Rövşənin meydançasına faktiki bütün göyərti daşıyan iri avtomobillər gəlirdilər. Buradan məhsulu Canpoladın rəhbərlik etdiyi “avtoritetli biznesmenlər” alırdılar. Topdansatış tədarükçüləri”qanuni oğru”nun xəzinəsinə hər fura avtomobili üçün 100 min rubl və hər sutkadakı ticarətdən ayrıca məbləğ ödənilib.
Mənbənin sözlərinə görə, Caniyev ən qanlı "qanunşünaslardan" biri kimi nüfuza malikdir və onunla əlaqə saxlamamağa üstünlük veriblər. Ancaq Rövşən Lənkəranskinin “qanuni oğru” Aslan Usoyanla (Ded Xasan 2013-cü idə öldürülüb) münaqişəsi baş verəndən sonra Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Caniyev indi Türkiyədə yaşayır. Bu müddətdə onun Rusiyadakı mövqeyi sürətlə zəifləməyə başlayıb. Nəticədə topdansatış göyərti bazarına “qanuni oğru” Vaqif Süleymanov göz qoyub. Hazırda ən nüfuzlu “qanuni oğru” Zaxariya Kalaşovdan (Şakro Molodoy) dəstək alan Vaqif Rövşənin biznesdən gəlirini sıxmaq əməliyyatına başlayıb. Onun əsas vəzifəsi Rövşənin Kalujski şossesindəki meydançasına topdansatış göyərti göndərən dan edib göndərənlərin hamısını tovlayıb öz tərəfinə keçirmək olub. Topdansatış tacirilərinə əla şərait təklif olunub – hər furqona 100 min əvəzinə 30 min rubl ödəmək. Ancaq bu, onlar üçün həlledici amil ola bilməzdi, çünki Rövşən qarşısında qorxu çox böyük idi. Mənbə qeyd edib ki, biznesin sıxılması məsələsində əsas rolu çoxdan və şəxsən bütün topdansatış obyektlərinin sahiblərini tanıyan Canpolad Şamiloğlu oynayıb. Məhz o onları Şakronun arxasında durduğu Vaqifin “damı” altında işləməyin Rövşənlə işləməkdən daha sərfəli olmasına inandirıb. Meydançası Nəticədə 2016-cı ilin əvvəlində Canıyevin meydançası faktiki boşalıb, topdansatışla məşğul olanlar Kalujski şossesindəki meydançaya yerləşiblər.
Yazda isə düşmənlərinin əksəriyyəti vaxtından əvvəl o dünyaya gedən Canıyev görünür ki, onun arxasından iş görənləri təmizləməyə qərar verib.
Modern.az