Modern.az

Sarkisyanın Qarabağla bağlı üç şərti...

 Sarkisyanın Qarabağla bağlı üç şərti...

Təhsil

28 Aprel 2016, 23:54

 

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub.

Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

- Ünvanlı bəyanatlar;

- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?