Modern.az

Azərbaycanlı həkim Çeçenistanda nazir təyin olundu - FOTO

Azərbaycanlı həkim Çeçenistanda nazir təyin  olundu - FOTO

Təhsil

29 Aprel 2016, 11:18

Rusiyanın Çeçnistan Respublikasında səhiyyə naziri postuna azərbaycanlı təyin olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə başçısı Ramzan Kadırovun sərəncamı ilə Elxan Süleymanov bu posta təyin olunub.

Uzun illər Moskvada onkoloji dispanserdə çalışan Süleymanov bir neçə il əvvəl Kadırovun təkidi ilə Moksvada Qroznıya köçüb və yerli tibb müəssisəsinə rəhbərlik edib.

Elxan Süleymanov Azərbaycan Tibb Universitetini bitirib və Bakı Onkoloji Mərkəzində çalışıb. Sonradan Moskvada Onkoloji Mərkəzdə aspiranturada təhsil alan gənc həkim həm də tibb elmləri namizədidir.

 
Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?