Modern.az

İŞİD-in bomba hazırlayan mərkəzi bombalandı

 İŞİD-in bomba hazırlayan mərkəzi bombalandı

1 May 2016, 23:05

 

İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının Suriyanın şimal-qərbində Hələbə bağlı Azez rayonundakı Dabık adlı bir qəsəbədə partlayıcı maddə istehsalı və partlayıcı avtomobil hazırlama mərkəzi olaraq istifadə etdikləri bir bina pilotsuz təyyarə vasitəsilə məhv edilib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, hərbi mənbələrdən verilən məlumata görə, aprelin 30-da Suriyanın şimalındakı kəşfiyyat və müşahidə işçilərindən alınan bir kəşfiyyatın qiymətləndirilməsi nəticəsində İŞİD terrorçularına məxsus həmin binaya hücum təşkil edilib.

Sözügedən kəşfiyyat məlumatı koalisiya qüvvələrinin mərkəzi ilə anında bölüşdürülüb və əməliyyat hazırlıqları başlayıb. Hədəf yeri koordinatlarının tam müəyyənləşdirilməsindən sonra İncirlik hərbi bazasında havalanan MQ-1 modeli silahlı pilotsuz təyyarə  aşkar edilən binanı tam hədəf alıb. Dərhal sonra göndərilən digər bir MQ-1 eyni hədəfə ikinci dəfə havadan zərbə endirib və mərkəz tamamilə yerlə yeksan edilib.  

Bombalanma nəticəsində çöldə olan 2 İŞİD terrorçusunun öldüyü də müəyyən edilib. Bombalanmadan sonra çökən binanın içərisində də çoxlu sayda terrorçunun qaldığı, ancaq bu ana qədər bölgədən bu barədə dəqiq bir məlumat alınmadığı qeyd olunub.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə