Modern.az

Müəllimlər İnstitutunun Pedoqoji Universitetə birləşdirilməsi nə vaxt yekunlaşacaq?

Müəllimlər İnstitutunun Pedoqoji Universitetə birləşdirilməsi nə vaxt yekunlaşacaq?

3 May 2016, 10:11

Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Azərbaycan Müəllimlər İnstitutu bütün filialları ilə birlikdə Azərbaycan Pedoqoji Universitetinə birləşdirilib. Sərəncama əsasən, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə hər iki təhsil müəssisəsi birləşdirilib.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, bu tədris ilinin sonunadək birləşdirilmə istiqamətindəki işlər yekunlaşacaq.

“Bu tədris ilinin sonunadək Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Pedoqoji Universitetə birləşdirilməsi başa çatacaq. Hazırda bu istiqmaətdə müvafiq işlər həyata keçirilir”.


Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə