Modern.az

İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülüb

İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülüb

Təhsil

3 May 2016, 18:31

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edib.

Modern.az-ın məlumatına görə, onlardan biri Respublikaçı Alternativ Hərəkatının sədri (REAL) İlqar Məmmədovdur/
Bu barədə REAL-ın icraçı katibi Natiq Cəfərli bildlrib

“Dünən 90 saylı Ağdaş seçki dairəsindən xəbər verdilər ki, REAL sedri İlqar Məmmədovun sənədlərini qəbul ediblər və səlahiyyətli nümayəndə kimi məni DSK-ya dəvət etdiler. Bu gün Ağdaşda oldum, İlqar bəyin imza vərəqələrini aldım”,-deyə N.Cəfərli bildirib.

2013-cü il yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İlqar Məmmədov hazırda həbsdədir. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə