Modern.az

Heydər Əliyev adına Neft Emalı Zavodu yenidən qurulacaq

Heydər Əliyev adına Neft Emalı Zavodu yenidən qurulacaq

Təhsil

3 May 2016, 19:17

Mayın 3-də Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb. Modern.az xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia, şirkətin rəhbər nümayəndələri Jörg Ott, Benjamin Bugeat, eləcə də NQENKK və “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər.

Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia imzalayıb. Mərasimdə NEZ-in yenidən yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 %) təchizatının təmin edilməsi məqsədi ilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə