Modern.az

“Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilir”

“Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilir”

Təhsil

3 May 2016, 21:01

 

Azərbaycana Rusiyadan alınmış hərbi döyüş texnikasının gətirilməsi davam edir. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu, Bakı ilə Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir.

Həmin razılaşmaya əsasən, Azərbaycana BMP-3-ün bazası əsasında hazırlanmış “Vena” adlı 120 mm-lik özüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş və ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları göndərilir. Bundan başqa, Rusiya mütəxəssislərinin köməyi ilə hərbi maşınlara texniki yardım, onların təyinatı üzrə istifadə olunması, o cümlədən, şəxsi heyətə zəruri vərdişlərin aşılanması üzrə təlim-məşğələlər keçilir.

Daha bir vacib məqam. Məlumatda o da vurğulanır ki, deyilənlərlə bərabər, cəbhəboyu zonalardakı hərbi anbarlar istər yerli istehsaldan olan, istərsə də Rusiyadan alınan zəruri komplektlər və hərbi sursatlarla, müxtəlif kalibirli minalarla da təchiz olunur.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə