“Midlsbro” futbol klubu artıq növbəti mövsümdə İnfiltərə Premyer-liqasında çıxış etmək şansı əldə edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Çempionşipin sonuncu - 46-cı turunda “Midlsbro” “Brayton”la heç-heçə oynayaraq 89 xalla ikinci yeri tutub.
Son vəsiqənin taleyi “Brayton”, “Hall-Siti”, “Derbi Kaunti” və “Şeffild Yunayted”in iştirak edəcəyi pley-offda müəyyənləşəcək.
“Midlsbro” 2008/2009 mövsümündə tərk etdiyi Premyer-liqaya 7 il sonra qayıdır. Bundan əvvəl 93 xal toplayan “Bernli” klubu da Premyer-liqaya vəsiqə qazanıb.
Modern.az