Sızran polisinin keçmiş rəisi Andrey Qoştanı və onun 5 ailə üzvünün qətlində şübhəli bilinərək tutulan azərbaycanlılardan biri Roman Fətəliyevin anası vəfat edib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, oğlunun həbsindən sonra qadın etiraf edib ki, adamlar arasına çıxmağa utanır.
“O, Romanın həbsindən sonra, ümumiyətlə, görünmürdü. Qonşular deyirlər ki, o, adamların qarşısına çıxmaq istəmirdi. Halbuki biz deyirdik ki, oğluna qarşı irəli sürülən ittihama inanmırlar”, - Roman Fətəliyevin ailəsinin qonşularından biri Natalya Konnova deyib.
Qonşuların sözlərinə görə, Romanın anasının ürəyində problem olub.
"O, həmişə bağçada gəzişərək ağlayırdı. Gecə-gündüz ağlayırdı, heç nə yemirdi. Təəssüf, çox yaxşı ailədir. O, həmişə öz bağçasında yetişdirdiyi tərəvəzi təklif edərdi. Çox təəssüf ki, o öldü”, - qonşu qadın vurğulayıb.
Roman Fətəliyevin atası Rauf Fətəliyev də həyat yoldaşının öldüyünü təsdiqləyib.
Mayın 4-də Rusiya İstintaq Komitəsinin Baş istintaq idarəsi Sızran polisinin keçmiş rəisi Andrey Qoşta və onun ailəsini öldürməkdə şübhəli bilinən üç azərbaycanlıya – İslam Babayevə, Orxan Zöhrabova və Roman Fətəliyeva ittiham elan edib. Onlar iki və daha çox adamı öldürmək, azyaşlı adamı öldürməyə cəhd və quldurluq maddələri ilə təqsirkar hesab olunurlar.
Bu dəhşətli hadisənin dördüncü iştirakçısı olan Tacikistan vətəndaşı Mahmadali Əhmədov da artıq həbs edilib.
Rusiyanın Samara vilayətində Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürən şəxslərin əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev olduğu müəyyənləşib.
Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. O, hazırda koma vəziyyətindədir. Məhkəminin hökmü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.
Modern.az