Modern.az

Şəki sakini həmkəndlisini döyərək xəstəxanalıq edib

 Şəki sakini həmkəndlisini döyərək xəstəxanalıq edib

7 May 2016, 22:16

 

Şəkidə 25 yaşlı gənc 52 yaşlı həmkəndlisini döyərək xəstəxanalıq edib. Modern.az saytı Lent.az-a istinadən  xəbər verir ki, bu gün səhər saatlarında rayonun Aşağı Şabalıd kənd sakini, 1964-cü il təvəllüdlü Şaban Kamal oğlu Məcidov döş qəfəsinin qapalı travması və döş sümüyünün sınığı xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 52 yaşlı Şaban Məcidov həmkəndlisi tərəfindən döyülüb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Şaban Məcidovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, Şaban Məcidovla həmkəndlisi 1991-ci il təvəllüdlü Məcid Əhməd oğlu Abdulləlimov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib.

Dava zamanı Məcid Abdulləlimov həmkəndlisi olan Şaban Məcidovu döyərək ona bədən xəsarəti yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən Məcid Abdulləlimov saxlanılıb.

Faktla bağlı Şəki ŞRPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə