Modern.az

Əfqanıstanda 28 talibançı məhv edildi

 Əfqanıstanda 28 talibançı məhv edildi

Təhsil

7 May 2016, 22:25

 

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şərqində “Taliban” radikal hərəkatının ən azı 28 yaraqlısını məhv edib, 30-u yaralanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, yerli hakimiyyətin verdiyi xəbərə görə, mayın 7-də səhər yaraqlıların qrupu Pakistanla sərhəddəki Kunar əyalətinin qəzalarından birinə hücuma cəhd edib.

Hücum zamanı bir  Əfqanıstan hərbçisi ölüb, 3 nəfəri yaralanıb.

Əfqanıstanda vəziyyət son aylarda hiss ediləcək qədər pisləşib.

Ölkənin kənd rayonlarının böyük ərazisini mənimsəyən  “Taliban” hərəkatı böyük şəhərlərin üzərinə hücuma başlayıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi