Modern.az

Şəhid kapitanın qızı atasının nəşi önündə şeir söylədi - VİDEO

Şəhid kapitanın qızı atasının nəşi önündə şeir söylədi - VİDEO

9 May 2016, 18:19


Bugün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb. 

Modern.az saytı Avropa.info-ya istinadən xəbər verir  ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif olunmuşdu. 

Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i  isə Bakı Hərbi Hospitalında vəfat edib.

Dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub... 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə