Modern.az

Bakıda mənzildən kişi və qadın meyiti tapıldı - Yenilənib

 Bakıda mənzildən kişi və qadın meyiti tapıldı - Yenilənib

9 May 2016, 22:43


Bu gün Bakının Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan şəxslərin ölüm səbəbi məlum olub. Modern.az saytı xəbər verir ki, 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının meyiti tapılıb.

 Araşdırma zamanı qadının qətlə yetirildiyi, kişinin isə intihar etdiyi məlum olub.

Belə ki, Ağayeva Gülnurə yataq otağında boğazı kəsilərək qətlə yetirilib. Qurbanov Şahinin meyiti isə hamam otağında aşkarlanıb. Meyitləri tapılan şəxslər ər-arvad olub. 

Onlarla bağlı məlumatı FHN-ə qadının bacısı verib. Mənzilin qapısını sındıraraq içəri daxil olan xilasedicilər qadının meyitini yataq otağında, kişini isə asılmış vəziyyətdə hamam otağında aşkar ediblər. 

Faktla bağlı Nəsimi prokurorluğunda cinayət işi açılıb.

****

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Modern.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşları huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə