Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət klatibi Con Kerri arasında növbəti dəfə telefon danışığı olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı əsasən Suriyadakı vəziyyət müzakirə olunub.
Tərəflər Rusiya və ABŞ-ın beyəlxalq qrupun həmsədrləri olaraq Suriyadakı konfliktin nizamlanması istiqamətinə fəaliyyəti gücləndirməyi vacib sayıblar.
Sergey Lavrov və Con Kerrinin telefon danışığı zamanı Qarabağ konflikti, bölgədəki vəziyyət də diqqət mərkəzində olub, bu məsələ ilə bağlı da müzakirə aparılıb.
Modern.az