Modern.az

Kommunist Partiyası 9 Mayı qeyd etdi

Kommunist Partiyası 9 Mayı qeyd etdi

10 May 2016, 00:00

9 mayda Azərbaycan Kommunist Partiyası İkinci dünya müharibəsində Sovet xalqının faşizm üzərində tarixi qələbəsinin 71-ci ildönümü münasibəti ilə tədbir keçirib.

Modern.az xəbər verir ki, tədbirə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvləri,  AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar,veteranlar və respublika ictimaiyyətinin nümayəndələri qatılıblar.

Tədbir Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilib.  

Təntənəli mərasimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov  açaraq, tədbir iştirakçılarını 9 may qələbə bayramı münasibətilə təbrik edib.        

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə