Modern.az

Emin Əmrullayevin müşavirindən müəllimlərin maaşı ilə bağlı vacib açıqlama

Emin Əmrullayevin müşavirindən müəllimlərin maaşı ilə bağlı vacib açıqlama

Təhsil

21 Oktyabr 2025, 22:01

“Əgər bu gün bir müəllimin əməkhaqqı yalnız onun dərs dediyi saatlardan formalaşırsa, tədqiqat universitetlərində artıq bu, belə olmamalıdır. Tədqiqatçı elə bir şəxs olmalıdır ki, o, bütün vaxtını yalnız dərs deməyə deyil, eyni zamanda tədqiqat aparmağa da sərf edə bilsin. Buna görə də onun əməkhaqqısı da buna uyğun müəyyən edilməlidir”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsil TV-nin “Təhsildəyik” verilişində səsləndirib.

 

O bildirib ki, bütün bunlar kompleks yanaşma tələb edən məsələlərdir və bunları nəzərə almaq vacibdir: 

 

“Xüsusilə burada ən mühüm məqam ondan ibarətdir ki, universitetlərimizə tədqiqat statusu vermək istəyiriksə, həmin tədqiqatları davamlı və dayanıqlı şəkildə həyata keçirmək üçün onları müvafiq resurslarla təmin etməliyik. Biz bu resurs təminatına əmin olanda müəyyən edilmiş kriteriya və meyarlar əsasında tədqiqat universitetləri formalaşdırılacaq. Bu universitetlər mövcud ali təhsil müəssisələrinin bazasında yaradılacaq. Əsas məsələ ondan ibarətdir ki, həmin universitetlər resurslarla dayanıqlı və davamlı şəkildə təmin olunsunlar ki, bu statusu qoruyub saxlaya bilsinlər və nəticə etibarilə cəmiyyət üçün real fayda versinlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?