Modern.az

Jurnalistikaya inamı necə bərpa etmək olar? - Elmi seminar

Jurnalistikaya inamı necə bərpa etmək olar? - Elmi seminar

Təhsil

28 Oktyabr 2025, 17:50

UNESCO-nun himayəsi ilə bütün dünyada oktyabrın 24-dən 31-dək keçirilən “Qlobal media və informasiya savadlılığı” çərçivəsində bu gün BDU-nun Jurnalistika fakültəsində elmi seminar təəşkil olunub.

Modern.az xəbər verir ki, "Klassik media üçün müasir təhdidlər: jurnalistikaya inam niyə azalır?" mövzusuna həsr olunmuş seminarda Multimedia və elektron kommunikasiya kafedraslnın müdiri, professor Qulu Məhərrəmli çağdaş medianın problemləri ilə bağlı giriş sözü söyləyib. Sonra kafedranın müəllimi, media və kommunukasiya üzrə tanınmış təlimçi Günel Əhmədova “Klassik media üçün təhdidlər və jurnalistikaya inam niyə azalır?” mövzusunda maraqlı məruzə edib. O, sosial şəbəkələr, texnoloji manipulyasiya və süni zəka, mediaya inamı necə bərpa etmək barədə  danışıb.

G.Əhmədova beynəlxalq Röyter (Reuters) İnstitutunun 2025-ci ilin iyun ayında dərc etdiyi “Rəqəmsal xəbər hesabatı”ndakı məlumatları təhlil edib, mediaya təhdidlər üzrə ən son icmalı seminar iştirakçılarının nəzərinə çatdırıb. Jurnalistikaya inamı bərpa etməyin yolunun şəffaflıq, etika və şəraitə uyğunlaşmadan keçdiyini vurğulanıb. Seminar kafedra müəllimlərinin maraqlı müzakirələri ilə yekunlaşıb.

 

1473210

1473211

1473208

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı