Tədrisin hansı dildə aparılmasından asılı olamayaraq, təhsilalasnın Azərbaycan dilini mükəmməl bilməsi əsas məsələdir.
Modern.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Bununla bağlı müəyyən planlar var. Əsas məsələ də Azərbaycan dilinin tədris saatını artırmaq olacaq”, - o qeyd edib.