Modern.az

5000 müəllimdən yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir - NAZİR

5000 müəllimdən yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir - NAZİR

Təhsil

8 Dekabr 2025, 12:12

Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır.

Modern.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil.

“Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formaladıran, inkişaf etdirən vasitə olmalıdır.

“Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”.

Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir:

“Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”.

“Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir” – o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ