Modern.az

Bütün siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək

Bütün siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək

Təhsil

8 Dekabr 2025, 12:22

Tədrisin hansı dildə aparılmasından aslı olmayaraq, Azərbaycan vətəndaşları bu dili mükəmməl bilməlidir. Bununla bağlı müəyyən planlar var. 

Modern.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, planlardan biri Azərbaycan dili fənninin saatlarının artırılmasıdır.

"O cümlədəm 6-cı sinifdən etibarən hansı dildə tədris almağından aslı olmayaraq “Azərbaycan tarixi” fənnini Azərbaycan dilində tədris edilməlidir", - nazir bildirib.

Qeyd edək ki, 2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək. Daha əvvəl tədirisi digər dillərdə aparılan VI siniflərdə"Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ