Modern.az

Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ

Baxımsız vəziyyətdə olan məktəb təmir ediləcək - RƏSMİ

Təhsil

9 Dekabr 2025, 13:04

Balakən rayon Sarıbulaq kənd tam orta ümumtəhsil məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Modern.az məsələ ilə əlaqədar olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq idarədən məktəbin mövcud vəziyyətindən xəbərdar olduqları bildirilib.         

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisəsinin əsaslı təmir olunması nəzərdə tutulub.

Əlavə olaraq qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsiplərinə uyğun olaraq həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək