AzEdu.az “Ən uğurlu regional təhsil idarəsi” sorğusuna start verir.
Modern.az xəbər verir ki, "AzEdu.az" Təhsil Portalı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən regional təhsil idarələri ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə “Ən uğurlu regional təhsil idarəsi” adlı sorğuya başlayır.
Sorğu, ötən il təhsil sahəsində həyata keçirilmiş əsas və diqqətçəkən fəaliyyətlərə cəmiyyətin münasibətini öyrənmək məqsədi daşıyır.
İştirakçılar regional təhsil idarələri ilə bağlı şəxsi müşahidələrinə və təəssüratlarına əsaslanaraq seçim edə bilərlər.
Sorğuya şagirdlər, müəllimlər, valideynlər və digər təhsil ictimaiyyəti qatılaraq ümumi təhsil mühitinə dair rəyini paylaşa bilər.
İştirak etmək istəyən şəxslərdən xahiş edirik ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq kompüterdə sağ alt küncdə, mobil telofonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.
Sizin rəyiniz regional təhsil idarələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Cavablar bunlardır:
Abşeron-Xızı Regional Təhsil İdarəsi;
Bakı Şəhər üzrə Təhsil İdarəsi;
Dağlıq Şirvan Regional Təhsil İdarəsi;
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi;
Lənkəran-Astara Regional Təhsil İdarəsi;
Mərkəzi Aran Regional Təhsil İdarəsi;
Mil-Muğan Regional Təhsil İdarəsi;
Qarabağ Regional Təhsil İdarəsi;
Qazax-Tovuz Regional Təhsil İdarəsi;
Quba-Xaçmaz Regional Təhsil İdarəsi;
Şəki-Zaqatala Regional Təhsil İdarəsi;
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;
Şirvan-Salyan Regional Təhsil İdarəsi.
Qeyd edək ki, sorğu 5 yanvar 2026-cı il tarixindən 23 yanvar saat 23:59-dək davam edəcək.