Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə təsdiq edilib.
Bu barədə Modern.az-a açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.
“Güntəkin Nəcəfli uzun illərdir ki, Tarix və Etnologiya İnstitutunda çalışır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələri” mövzusunda namizədlik dissertasiyası, 2024-cü ildə isə “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur. Güntəkin xanımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!", - tarixçilər bildiriblər.