Modern.az

Təhsil məsələsi bir sahənin işi deyil, milli məsələdir - DEPUTAT

Təhsil məsələsi bir sahənin işi deyil, milli məsələdir - DEPUTAT

Təhsil

Bu gün, 15:40

“Təhsil məsələsi sadəcə bir sahənin işi deyil, bu, milli məsələdir”.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə reallaşdırılan “Məktəb ictimai müzakirədə” adlı layihəsi “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. 

Deputat xatırladıb ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə iki əsas qurum var: Milli Təhsil Nazirliyi və Milli Müdafiə Nazirliyi. Onun fikrincə, bu da onu göstərir ki, təhsil birbaşa xalqın, cəmiyyətin və dövlətin gələcəyi ilə bağlı məsələdir.

“Ona görə də təhsildə həm uğurlar, həm də çatışmazlıqlar yalnız məktəbin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Sovet dövründə tez-tez belə bir yanaşma vardı ki, uşaqla bağlı bütün məsuliyyət yalnız məktəbin üzərinə qoyulurdu. Bu isə düzgün yanaşma deyildi. Çünki uşağın tərbiyəsində həm məktəbin, həm də valideynlərin məsuliyyəti var”.

M.İbrahimqızı həmçinin vurğulayıb ki, vətənpərvər, ləyaqətli və cəmiyyətə faydalı gənclər yetişdirmək istəyiriksə, burada ailənin də rolu çox böyükdür:

“Güclü ailə, düzgün tərbiyə və keyfiyyətli təhsil birlikdə nəticə verir”, - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV