Təhsilin məzmunu və və pedaqoqikasını ciddi şəkildə dəyişməyə ehtiyac var.
Modern.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, ötən il təhsil sahəsində nəiliyyətlərlə yanaşı, gənc nəslin tərbiyə edilməsində ciddi çağırışlar var:
“Onlardan biri sosial şəbəkələrin nəzarətsiz vəziyyətdə olması və onun gənclərin tərbiyəsinə və təhsilinə təsiridir. Müasir gənc indiki zamanda yalnız müəllimdən öyrənmir, eyni zamanda saatlarla sosial şəbəkələrdə vaxt keçirib oradan külli miqdarda zərərli məzmun alır. Bu eyni zamanda ideoloji baxımdan da ölkə üçün çox təhlükəli fenomendir”.
Elm və təhsil komitəsinin sədr müavini bildirib ki, təhsildə dəyişikliklər istiqamətində dərs məzmununu gənclərə interaktiv, maraqlı yolla çatdırmaq onların sosial şəbəkədə çox vaxt keçirməsinin qarşısını ala bilər.
Deputat bununla bağlı dövlət proqramı həyata keçirilməli olduğunu qeyd edib.