Pərvanə Əliyeva (Fərhadqızı) Odlar Yurdu Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin olunması ilə əlaqədar QHT.az saytı ilə yollarını ayırıb.
Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.
“Təhsil mühitində kommunikasiya, şəffaflıq və ictimai əlaqələrin inkişafı mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu yeni vəzifədə universitetimizin dəyərlərini daha geniş auditoriyaya çatdırmaq, ictimaiyyətlə əlaqələri gücləndirmək və müasir kommunikasiya yanaşmalarını tətbiq etmək üçün əlimdən gələni edəcəyəm.
Eyni zamanda sosial media və rəqəmsal kommunikasiya sahəsində SMM mütəxəssisi kimi təcrübəmi də bu prosesə inteqrasiya edərək universitetimizin rəqəmsal görünürlüğünü daha da gücləndirməyi hədəfləyirəm”, - P.Əliyeva qeyd edib.