Modern.az

Azərbaycanlı xanım dünya çempionu oldu

Azərbaycanlı xanım dünya çempionu oldu

10 Noyabr 2015, 15:41


İspaniyanın Benidorm şəhərində keçirilən UNUFİED Dünya Çempionatında Azərbaycandan olan idmançılar da döyüşüb.
Modern.az saytı xəbər verir ki, yarışlarda 2-si qadın olmaqla 26 idmançımız iştirak edib. Döyüşçülərimizdən 12 nəfəri qızıl, gümüş, bürünc medallar qazanmağa nail olublar.
Qızıl medal qazanmaqla dünya çempionu adını qazanmış azərbaycanlı idmançılardan biri xanımdır. 60 kq-da sanda döyüşünün qalibi 31 yaşlı Günay Hacıyeva ilk görüşdə polşalı, ikinci görüşdə irlandilayalı, sonuncu döyüşdə isə italiyalı rəqibinə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?