19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz ikinci oyununa çıxıb. Modern.az saytı xəbər verir ki, Azərbaycan millisi bu gün Bakıda Türkiyə yığması ilə qarşılaşıb. 41-ci dəqiqədə rəqib futbolçu Alican Özfesli qırmızı vərəqə alıb. Oyunun 42-ci dəqiqəsində Roman Hüseynovun zərbəsini rəqib qapıçı Muhammed Şengezer qaytarıb. 57-ci dəqiqədə isə qonaqlar dəqiq olublar. Bu, qarşılaşmada yeganə qol olub (0:1).
Xatırladaq ki, millimiz ilk oyunda Ukraynaya 0:4 hesabı ilə məğlub olmuşdu.
Modern.az