Modern.az

XƏBƏRDARLIQ: Azərbaycanda hava kəskin dəyişəcək, qar yağacaq

XƏBƏRDARLIQ: Azərbaycanda hava kəskin dəyişəcək, qar yağacaq

Təhsil

16 Noyabr 2015, 13:06


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 17-də bəzi yerlərdə yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə duman olacağı, yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?