Modern.az

Baş Prokurorluq Nardarandakı atışmalarla bağlı araşdırmalara başladı

Baş Prokurorluq Nardarandakı atışmalarla bağlı araşdırmalara başladı

Təhsil

26 Noyabr 2015, 15:11


Baş Prokurorluq Nardaranda polis və bir qrup dindar arasında yaşanan insidentlə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və bir neçə tərəfdarının həbs edildiyi bildirilir.

Silahlı insident zamanı ölən və yaralananların da olduğu istisna edilmir.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?