Modern.az

Paralimpiyaçı cüdoçularımızdan bir qızıl, iki gümüş medal

 Paralimpiyaçı cüdoçularımızdan bir qızıl, iki gümüş medal

28 Noyabr 2015, 21:33

 

Azərbaycan paralimpiyaçıları Portuqaliyanın Odivellas şəhərində keçirilən cüdo üzrə açıq Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Azərbaycan Milli Paralimpiya Komitəsinindən Modern.az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində Ramil Qasımov Avropa çempionu adını qazanıb.

81 kq çəki dərəcəsində Rövşən Səfərov və 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva Avropa çempionatının gümüş medalına sahib olublar.  

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...