Modern.az

Goranboyda piyada yol qəzasının qurbanı olub

 Goranboyda piyada yol qəzasının qurbanı olub

28 Noyabr 2015, 22:04

 

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən, Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub.

Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.   Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?