Modern.az

Milli Məclisin sədri sabah Türkmənistana səfər edəcək

 Milli Məclisin sədri sabah Türkmənistana səfər edəcək

Təhsil

10 Dekabr 2015, 20:17

 

Sabah Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi etdiyi  nümayəndə heyəti  Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Türkmənista səfər edəcək.  Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçiriləcək tədbirdə Rusiya, Çin, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Pakistan və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.

Konfransda əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq, mövzu ilə əlaqədar tədbir iştirakçılarının çıxışları dinləniləcək.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir.

Aşqabadda keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Səfər dekabrın 12-də başa çatacaq.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?