Modern.az

Ermənistanda nazirin ayağı sınıb

Ermənistanda nazirin ayağı sınıb

Təhsil

2 Yanvar 2016, 18:30


Ermənistanın təhsil və elm naziri Armen Aşotyan ayağını sındırıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda nazirin mətbuat katibi Zoqrap Yeqanyan məlumat verib.

Nazir hazırda əməliyyat otağındadır. O, hadisə ilə bağlı əlavə məlumat verməyib.

Digər məlumata görə, nazir evinin qarşısında yıxılıb. Onun “Nairi” tibb mərkəzinə yerləşdirildiyi bildirilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?