Modern.az

İbrahim Tatlısəs sürətlə müflisləşir

İbrahim Tatlısəs sürətlə müflisləşir

6 Yanvar 2016, 17:13


Türkiyə musiqisinin “imperator”u sayılan İbrahim Tatlısəs özünə məxsus olan bir neçə obyekti satıb.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, uzun müddətdir başından aldığı güllə yarası səbəbindən ABŞ-da müalicə olunan müğənni artıq maliyyə problemlərinə görə şəxsi restoranını da satıb.

“Tatlısəs kabab” adlanan kafe-restoran satışa çıxarılan kimi satılıb. Tatlısəs bir neçə ay bundan əvvəl dəniz kənarında yerləşən şəxsi iqamətgahını da satışa çıxarıb.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?