Modern.az

Rusiya XİN: “Azərbaycan və Ermənistandan soruşun”

Rusiya XİN: “Azərbaycan və Ermənistandan soruşun”

Təhsil

14 Yanvar 2016, 18:24


“Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu barədə ABŞ-dan deyil, Azərbaycan və Ermənistandan soruşmaq lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.   

Bir sıra amerikalı siyasətçilərin, xüsusən də Hillari Klintonun Qarabağ danışıqlarında Rusiyanı sıxışdırmaqla, ABŞ-ın təşəbbüsü ələ almasının vacibliyi ilə bağlı fikirlərinə toxunan M. Zaxarova bunları deyib:

"Amerikalı siyasətçilərin dedikləri, düşündükləri vacib deyil. Bizim tərəfimizdən belə hal müşahidə olunmur". 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?