Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub. Modern.az saytı xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri fevralın 19-da görüşəcək. Bu görüş Gürcüstanda keçiriləcək.
Qeyd edək ki, sözügedən görüşün vaxtı bir neçə dəfə açıqlansa da, təxirə salınıb.
Modern.az