Modern.az

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başlayıb

 Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başlayıb

5 Fevral 2016, 20:48

 

Fevralın 5-də Azərbaycan Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.   Nazirlikdən Modern.az saytına verilən məlumata görə, ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.  

Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.  

Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?