Modern.az

Türkiyə mühacir böhranında Rusiyanı günahlandırır

 Türkiyə mühacir böhranında Rusiyanı günahlandırır

13 Fevral 2016, 21:56

 

"Rusiya mühacir böhranı yaradaraq Türkiyəni və Avropa Birliyini cəzalandırmaq istəyir". Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib.  

O bildirib ki, rəsmi Moskva güc yolu ilə Suriyada vəziyyəti öz lehinə dəyişdirmək istəyir. Rusiya diplomatları isə hərbi əməliyyatları ört-basdır etmək üçün səylərini əsirgəmir.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ iki il əvvəl Suriya münaqişəsinin diplomatik yollarla həllini təklifi etmişdi. Lakin "Rusiya-İran-Bəşər Əsəd" üçlüyü bunun tam əksini edir.

İbrahim Kalın, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Qərbin Suriyadaki qətiyyətsizliyi səbəbindən yaranan "strateji boşluğu" doldurmağa çalışır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?